Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər üçün imtahan keçiriləcək

Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər üçün imtahan keçiriləcək
04 İyul 2025 17:28

Dövlət İmtahan Mərkəzi iyulun 6-da Azərbaycan Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumata əsasən, imtahanda iştirak etmək üçün 421 nəfər qeydiyyatdan keçib.

Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) saat 10:00-da başlanır və 3 saat davam edəcək. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.


12 Noy 2025
Siyasət

Ərdoğan: "Azərbaycanlı qardaşlarımız bizə lazım olan hər cür dəstəyi verirlər"

Türkiyə ilə yanaşı Azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı dərindən kədərləndirən bu faciəli hadisəni hərtərəfli araşdırırıq".

12 Noy 2025
Siyasət

Ərdoğan Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarənin istintaqı barədə danışıb

Dünən C130 hərbi yük təyyarəsi qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədinə yaxın Siqna-G bölgəsində qəzaya uğrayıb.

12 Noy 2025
Siyasət

Mikayıl Cabbarov Lü Cünlə görüşdü: Mühüm məsələlər müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov "China Datang Corporation Ltd." şirkətinin sədri Lü Cün ilə görüşüb.

12 Noy 2025
Siyasət

İlham Əliyev: "Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz məmurların göstərişləri olub"

"Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub".