Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır

Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
04 İyul 2025 17:24

Azərbaycanın beşillik qısa müddətdə azad edilmiş torpaqlarını misilsiz xalq birliyi ilə yenidən bərpa etməsi Şimali Kipri qürurlandırır. Qarabağ Azərbaycan, Azərbaycan Qarabağdır!

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, Şimali Kiprin dünyanın ən yaxşı 1000 universiteti arasında dörd ali təhsil müəssisəsi var:

"Bizim 154 ölkədən 121 min tələbəni qəbul edəcək potensialda təhsilimiz var. Ona görə də qardaş ölkə Azərbaycan və digər ölkələrlə də bu istiqamətdə əməkdaşlıq edəcəyimizə ümidvaram".

E.Tatar bildirib ki, hazırda dünyada və bölgədə sülhə və əməkdaşlığa daha çox ehtiyac var:

"Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq ictimaiyyətdə haqq etdiyi yeri almağına çalışırıq. Artıq İslam Əməkdaşlıq Təşkilatına üzv olmağımız beynəlxalq aləmdə mərhələli şəkildə qəbul olunduğumuza bir işarədir".

Dövlət başçısı vurğulayıb ki, Şimali Kipr problemlərin dialoq və diplomatiya yolu ilə həllinə inamını əməldə də nümayiş etdirir:

"Təəssüf ki, özünü ərazinin yeganə hakimi kimi görən yunan Kiprinin rəhbərliyi bütün əməkdaşlıq təkliflərini cavabsız qoyur. Yunan tərəfi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına açıq şəkildə məhəl qoymur. Onların aqressiv münasibəti tarixi anlaşılmazlığın davamıdır".

E.Tatar həmçinin ECO-ya üzv ölkələrindən Şimali Kiprə dəstək vermək üçün konkret addımlar gözlədiklərini söyləyib.


17 İyul 2026
Siyasət

Azərbaycan və Çin QR kod əsaslı ödəniş həllərinin inkişafını müzakirə ediblər

Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı müzakirə edilib (FOTO)

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır - Lavrov

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır.

17 İyul 2026
Siyasət

Moskva və Bakı münasibətlərdə yaranmış fasilənin aradan qaldırılması istiqamətində addımlar atacaq - Lavrov

Moskva və Bakı münasibətlərdə yaranmış fasilənin aradan qaldırılması istiqamətində birgə çalışacaq.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya arasında Məsləhətləşmələr Planı imzalanıb

Azərbaycan və Rusiyanın Xarici İşlər nazirlikləri arasında Məsləhətləşmələr Planı imzalanıb.