Tehran aeroportu müharibədən sonra ilk xarici uçuşu qəbul edib

Tehran aeroportu müharibədən sonra ilk xarici uçuşu qəbul edib
04 İyul 2025 17:21

İsraillə 12 günlük müharibədən sonra Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanı ilk dəfə xarici reysi qəbul edib.

“Report” “fararu”a istinadən xəbər verir ki, məlumatı İranın Mülki Aviasiya Təşkilatının ictimaiyyətlə əlaqələr departamenti yayıb.

Bildirilib ki, müharibə zamanı və bir müddət sonra təhlükəsizlik səbəbindən İranın hava məkanı bağlı idi. Ona görə də beynəlxalq uçuşlarda 20 günlük fasilə yaranmışdı.

Məlumata görə, iyulun 4-də Birləşmiş Ərəb Əmirliklərindən Tehrana ilk uçuş edilib.

Təyyarə “Flydubai Airlines” şirkətinə məxsusdur.

Qeyd edilib ki, İmam Xomeyni hava limanında reyslərin vəziyyəti normal rejimə qayıdır.


6 Mar 2026
Dünya

Yaxın Şərqdəki gərginlik qızıl və gümüşü sürətlə bahalaşdırır

Yaxın Şərqdəki münaqişənin daha da kəskinləşməsi fonunda qızılın və gümüşün qiyməti yenidən yüksəlib.

6 Mar 2026
Dünya

İran İsrailə qarşı yeni hücum dalğasına başlayıb

İran İsraildəki hədəflərə qarşı raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə yeni hücumlara başlayıb.

6 Mar 2026
Dünya

Hindistanda qırıcı təyyarə qəzaya uğradı, pilotlar həlak oldular

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-30MKI" qırıcı təyyarəsinin Assam ştatının şimal-şərqində qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

6 Mar 2026
Dünya

İran Manamanı vurdu

İran Bəhreynin paytaxtı Manamaya hava zərbəsi endirib.

6 Mar 2026
Dünya

İran Dubaya dron zərbələri endirib - VİDEO

İran BƏƏ-nin Dubay şəhərinə dron zərbələri endirib.