Ölkəmizdə səfərdə olan dövlət başçıları Ağdamda Qarabağ atlarının Zəfər şousunu izləyiblər

Ölkəmizdə səfərdə olan dövlət başçıları Ağdamda Qarabağ atlarının Zəfər şousunu izləyiblər
04 İyul 2025 09:14

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Ağdam şəhərindəki İmarət Kompleksində Qarabağ atlarının Zəfər şousunu izləyiblər.

Oxu.Az xəbər verir ki, atlılar musiqi sədaları altında əllərində quruma üzv ölkələrin bayraqları ilə meydana daxil olaraq dövrə vurub və qonaqları salamlayıblar.

Daha sonra rəqqaslar Azərbaycan milli rəqslərini ifa ediblər.

Tədbirdə iştirak edən dövlət başçıları, həmçinin Azərbaycan mədəniyyətini, incəsənətini və milli dəyərlərini daha yaxından tanımaq imkanı əldə ediblər.

Qeyd edək ki, iyulun 4-də Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü keçiriləcək.

 

 

 

 


17 İyul 2025
Siyasət

Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar.

17 İyul 2025
Siyasət

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Mehmandarovların malikanə kompleksində olublar.

17 İyul 2025
Siyasət

Emin Əmrullayev məzunların qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

17 İyul 2025
Siyasət

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

17 İyul 2025
Siyasət

İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.