İlham Əliyev "Xankəndi" Biznes Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev "Xankəndi" Biznes Mərkəzinin açılışında iştirak edib
03 İyul 2025 14:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də "Xankəndi" Mehmanxana Kompleksinə aid olan "Xankəndi" Biznes Mərkəzinin açılışında iştirak edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, dörd mərtəbədən ibarət "Xankəndi" Biznes Mərkəzi ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. Burada 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan "Zefir Cafe & Terrace" restoranı, həmçinin dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin bir hissəsi olan bu Mərkəz funksional idarəetmə prinsiplərinə və yüksək xidmət meyarlarına cavab verəcək. "Xankəndi" Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcək. Müxtəlif sahibkarlıq subyektləri və korporativ strukturlar üçün nəzərdə tutulmuş bu Mərkəz, eyni zamanda, məşğulluğun artırılmasına da töhfə verəcək. İlkin mərhələdə Biznes Mərkəzində 20 nəfər işləyəcək ki, onlardan da 12-si Xankəndi, Xocalı, Şuşa və işğaldan azad olunmuş digər ərazilərin sakinləri, biri isə Vətən müharibəsi veteranıdır.

Qeyd edək ki, bu cür müasir Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın tarixi şəhəri olan Xankəndinin işğaldan azad edilməsindən sonra burada biznes mühitinin yaradılması, yeni iş yerlərinin açılması və ümumilikdə şəhərin inkişafında mühüm rol oynayacaq.

 

 


17 İyul 2025
Siyasət

Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar.

17 İyul 2025
Siyasət

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Mehmandarovların malikanə kompleksində olublar.

17 İyul 2025
Siyasət

Emin Əmrullayev məzunların qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

17 İyul 2025
Siyasət

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

17 İyul 2025
Siyasət

İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.