İlham Əliyev Xankəndidə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavinini qəbul edib

İlham Əliyev Xankəndidə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavinini qəbul edib
03 İyul 2025 13:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Rəşid Meredov Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmən xalqının Milli Liderinə, Türkmənistan Prezidentinə və qardaş türkmən xalqına çatdırmağı xahiş edib.

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Qarabağda aparılan bərpa və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək, bu bölgənin təbiətinin gözəlliyinə valeh olduğunu bildirib.

Görüşdə azərbaycanlılarla türkmənlərin ortaq etnik kökləri, tarix və mədəniyyət bağlantılarına malik iki qardaş xalq olduğu bir daha vurğulanıb. Ölkələrimiz arasında energetika, nəqliyyat, mədəniyyət, humanitar, elm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Xüsusilə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin, Türkmənistanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi qeyd olunub.




12 İyun 2026
Siyasət

Deputat: Ulu Öndərin Böyük Qayıdışı Azərbaycanın gələcək qələbəsinin başlanğıcı oldu

Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı Zəfərimizin təməllərinin qoyulduğu Böyük Qayıdış hadisəsidir.

12 İyun 2026
Siyasət

Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

12 İyun 2026
Siyasət

Maliyyə naziri sosialyönlü xərclərin həcmini açıqlayıb

Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub.

12 İyun 2026
Siyasət

Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.

12 İyun 2026
Siyasət

Azərbaycan Rusiyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Rusiya Günü münasibətilə təbrik edib.