İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub

İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub
03 İyul 2025 13:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək. Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib.

 

 


6 Mar 2026
Siyasət

Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"

"2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək".

6 Mar 2026
Siyasət

Şahbaz Şərif İlham Əliyevə zəng etdi, İranın Azərbaycana hücumunu qınadı

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.

6 Mar 2026
Siyasət

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.