İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi
03 İyul 2025 12:49

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

Oxu.Az President.az-a isinadən xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün dost Belarus xalqını dövlət bayramı - Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycan ilə Belarusu ənənəvi sıx dostluq və qarşılıqlı dəstək əlaqələri birləşdirir. Ölkələrimiz arasında ildən-ilə yeni məzmunla zənginləşən əməkdaşlığın yüksək dinamikasını məmnunluqla qeyd etmək istərdim. Sevindirici haldır ki, biz dövlətlərarası dialoqun inkişafında, iqtisadi-ticari əməkdaşlığın möhkəmlənməsində və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsində yaxşı səviyyəyə çatmışıq.

İnanıram ki, Azərbaycan ilə Belarus arasında bütün istiqamətlər üzrə ikitərəfli əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıq birgə səylərlə dost ölkələrimizin və xalqlarımızın maraqları naminə strateji tərəfdaşlıq ruhunda bundan sonra da dinamik şəkildə genişlənəcək və dərinləşəcək.

Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, Belarus Respublikasına isə əmin-amanlıq və tərəqqi arzulayıram".


17 İyul 2026
Siyasət

Azərbaycan və Çin QR kod əsaslı ödəniş həllərinin inkişafını müzakirə ediblər

Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı müzakirə edilib (FOTO)

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır - Lavrov

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır.

17 İyul 2026
Siyasət

Moskva və Bakı münasibətlərdə yaranmış fasilənin aradan qaldırılması istiqamətində addımlar atacaq - Lavrov

Moskva və Bakı münasibətlərdə yaranmış fasilənin aradan qaldırılması istiqamətində birgə çalışacaq.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya arasında Məsləhətləşmələr Planı imzalanıb

Azərbaycan və Rusiyanın Xarici İşlər nazirlikləri arasında Məsləhətləşmələr Planı imzalanıb.