Şavkat Mirziyoyev İlham Əliyevi minifutbol millimizin dünya çempionu olması münasibətilə təbrik edib

Şavkat Mirziyoyev İlham Əliyevi minifutbol millimizin dünya çempionu olması münasibətilə təbrik edib
03 İyul 2025 09:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iclasda çıxışı zamanı Prezident İlham Əliyevi minifutbol millimizin dünya çempionatının qalibi olması münasibəti ilə təbrik edib:

"İlham Heydər oğlu, mən də Sizi təbrik etmək istəyirəm - Azərbaycanın minifutbol komandası dünya çempionudur. Böyük futbola bir addım qaldığını gördük və həqiqətən də sevindik".

Xatırladaq ki, Azərbaycan yığması ölkəmizdə keçirilən minifutbol üzrə dünya çempionatının qalibi olub.

Millimiz həlledici görüşdə Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edib.

 


13 Apr 2026
Siyasət

Paytaxtın bir çox küçələrində sıxlıq müşahidə olunur - FOTO - 13.04.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

11 Apr 2026
Siyasət

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - VİDEO

Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.

11 Apr 2026
Siyasət

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.