Leyla Əliyevanın təşəbbüsü ilə "Gənc arıçı" layihəsinin təlim mərhələsi yekunlaşıb

Leyla Əliyevanın təşəbbüsü ilə "Gənc arıçı" layihəsinin təlim mərhələsi yekunlaşıb
11 İyun 2025 12:44

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən "Gənc arıçı" layihəsinin növbəti mərhələsi Xızı rayonunda uğurla davam edir.

Oxu.Az xəbər verir ki, bu il layihənin ilkin mərhələsində Xızı rayonundan 100-dən çox gənc ailə müraciət edib. Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsindəki bilik və təcrübəsi, sosial vəziyyəti, eləcə də arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün həyətyanı torpaq sahəsinin mövcudluğu əsas seçim meyarları kimi nəzərə alınıb. Bu meyarlara əsasən seçilmiş 20 iştirakçı xüsusi təlim proqramına cəlb olunub. Təlim mərhələsində iştirakçılara arıçılıqla bağlı həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanıb.

Layihənin növbəti mərhələsində iştirakçılara arıçılıq təsərrüfatı qurmaq üçün arı ailələri, pətəklər, arıçı geyimləri, balsüzən aparat və digər zəruri avadanlıqlar təqdim olunacaq. Bu mərhələdə onların effektiv istehsal fəaliyyəti üçün lazımi şərait yaradılaraq arı ailələrinin paylanması həyata keçiriləcək.

Qeyd edək ki, "Gənc arıçı" layihəsi IDEA İctimai Birliyi, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.

Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda layihə gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.




13 İyun 2025
Siyasət

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.

13 İyun 2025
Siyasət

Hikmət Hacıyev Çex Respublikasının rəsmiləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çex Respublikasının xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşüb.

13 İyun 2025
Siyasət

Prezidentin 1,5 milyon manat ayrıdığı yolların yenidən qurulmasına başlanıldı

Oğuz rayonu ərazisində bir sıra kəndləri respublika əhəmiyyətli avtomobil yolu ilə birləşdirən yolların yenidən qurulmasına başlanılıb.

13 İyun 2025
Siyasət

Zakir Həsənov İrana başsağlığı verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib.

13 İyun 2025
Siyasət

Paytaxtda silah-sursat tapılıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.