Nazir müavini: “Özbəkistan və Azərbaycan elektron ticarət platformasının yaradılması üzərində işləyir”

Nazir müavini: “Özbəkistan və Azərbaycan elektron ticarət platformasının yaradılması üzərində işləyir”
11 İyun 2025 11:54

Özbəkistan və Azərbaycan iki ölkə arasında B2B və B2C səviyyələrində müqavilələrin bağlanmasına imkan verəcək elektron ticarət platformasının yaradılması üzərində işləyir.

"Report" xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirinin müavini Xurram Teşabayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Azərbaycan – Özbəkistan: İqtisadi tərəfdaşlıq vektoru" panel sessiyasında bildirib.

Onun sözlərinə görə, hazırda Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin davamlı inkişafı və sabit artımı müşahidə olunur - son beş ildə bu göstərici 2 dəfə artıb.

"Cari ilin ilk 4 ayında Özbəkistanın statistikasına görə 40 % artım qeydə alınıb. Müsbət dinamika mövcuddur. İqtisadiyyatlarımızın potensialı ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağa imkan verir. Buna görə də biz həcmlərin iqtisadi artım templərinə uyğun olması üçün artırılması istiqamətində işləməliyik", - X.Teşabayev bildirib.

Nazir müavini Azərbaycandan Özbəkistana nəqliyyat vasitələri, tekstil məhsulları, mexaniki və texniki avadanlıqların ixracının artırılması üzərində işləməyə hazır olduqlarını vurğulayıb: "Bunun üçün biz çox sıx qarşılıqlı əlaqədə işləyirik. Bütün bunların inkişafına imkan verəcək istiqamətlərdən biri müqavilələrin bağlanması üçün elektron ticarət platformasının yaradılmasıdır".

Nazir müavini həmçinin ümid edir ki, biznes missiyalarının sayının artacaq: "Birgə layihələrin dəyəri 2,2 milyard ABŞ dollarından çoxdur. Yaşayış komplekslərinin və hotellərin tikintisi uğurla həyata keçirilir. Özbəkistan biznesi Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsində, o cümlədən pambıq klasterinin yaradılmasında, Hacıqabulda avtomobil istehsalının genişləndirilməsində fəal iştirak edir. Ölkələr arasında sənaye əməkdaşlığının inkişaf potensialı son dərəcə yüksəkdir. Hazırda Özbəkistan yeni layihələr paketi formalaşdırır. Tezliklə onu müzakirə üçün investisiya şirkətinə təqdim edəcəyik. Bundan sonra onların həyata keçirilməsi üçün tərəfdaşlar cəlb etməyə çalışacağıq".


13 İyun 2025
Siyasət

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.

13 İyun 2025
Siyasət

Hikmət Hacıyev Çex Respublikasının rəsmiləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çex Respublikasının xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşüb.

13 İyun 2025
Siyasət

Prezidentin 1,5 milyon manat ayrıdığı yolların yenidən qurulmasına başlanıldı

Oğuz rayonu ərazisində bir sıra kəndləri respublika əhəmiyyətli avtomobil yolu ilə birləşdirən yolların yenidən qurulmasına başlanılıb.

13 İyun 2025
Siyasət

Zakir Həsənov İrana başsağlığı verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib.

13 İyun 2025
Siyasət

Paytaxtda silah-sursat tapılıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.