Azər Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Azər Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edəcək
11 İyun 2025 11:34

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsal Birliyinin baş direktoru Azər Məmmədov Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, qəbul iyunun 13-də saat 11:00-da YAP-ın inzibati binasında (Heydər Əliyev prospekti 22) baş tutacaq.

Görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.


14 Fev 2026
Siyasət

"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirakından süjet hazırlayıb.

14 Fev 2026
Siyasət

Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək

Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır.

14 Fev 2026
Siyasət

Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında Orta Dəhlizlə bağlı panel müzakirələrində çıxış edib

Fevralın 13-də xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi" mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə, həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə "Oracle" korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə Azərbaycan jurnalistlərinə müsahibə verib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə Azərbaycan telekanallarına müsahibə verib.