Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq

Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq
11 İyun 2025 11:16

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "Report"a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək.

Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək.

Həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.


14 Fev 2026
Cəmiyyət

14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması günüdür.

14 Fev 2026
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

13 Fev 2026
Cəmiyyət

Qarabağ müharibəsində itkin düşən şəhidin nəşi tapıldı

Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.

13 Fev 2026
Cəmiyyət

Zaur Mikayılov Qəbələdə vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Qəbələ rayonunda vətəndaşları qəbul edib.

13 Fev 2026
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağdərədə uşaqlar üçün tibbi aksiya keçirib

Ağdərə rayonunda yaşayan uşaqlar üçün kompleks səyyar tibbi müayinələr həyata keçirilib.