Azad olunan ərazilərdə iyunun 2-dən 10-na qədər 16 tank əleyhinə mina, 52 piyada əleyhinə mina, 129 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 889,2 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması günüdür.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.
Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.