Gürcüstanın paytaxtı Tbilisidə iyunun 28-də Azərbaycandilli Məktəblərin Müəllimlərinin II Qurultayı keçiriləcək.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Maarif” təşkilatının direktoru Aygül İsayeva məlumat verib.
O qeyd edib ki, qurultayın məqsədi dövlət qurumlarının diqqətinə azərbaycandilli məktəblərdə yaşanan problemləri və həlli yollarını çatdırmaq, fikir mübadiləsi aparmaq və perspektivləri müəyyən etməkdir.
Panel müzakirələrdə məruzəçilər kadr çatışmazlığı, ana dili, dövlət dili, ikidilli (bilinqual) təhsil sistemi, inklüziv təhsil, dərsliklərdəki problemlər, infrastruktur məsələləri və s. mövzulara toxunacaqlar. Qurultayda azərbaycandilli məktəblərdə dərs deyən müəllimlərlə yanaşı, dövlət qurumlarının, diplomatik korpusların və təhsil sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri də iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı 2023-cü ilin iyun ayında keçirilib.
Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı Zəfərimizin təməllərinin qoyulduğu Böyük Qayıdış hadisəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub.