Ağdam Sənaye Parkında velosiped istehsal ediləcək

Ağdam Sənaye Parkında velosiped istehsal ediləcək
10 İyun 2025 13:22

“Qarabike” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.

"Report" agentliyə istinadən xəbər verir ki, yeni qeydiyyata alınmış rezident sənaye parkının ərazisində velosiped istehsal edəcək.

Layihənin investisiya dəyəri 8,6 milyon manatdır.

Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə ilkin mərhələdə il ərzində 44 min ədəddən çox velosiped istehsal ediləcək, növbəti mərhələdən isə illik istehsal gücünün 70 min ədədə çatdırılması planlaşdırılır.

Ağdam Sənaye Parkında hazırda 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar 115 milyon manatdan çox investisiya yatırıb, 650 nəfərdən çox daimi iş yeri yaradıb.


12 Noy 2025
Cəmiyyət

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq planı imzalanıb

Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri cənab Zukan Helez ilə görüşüb.

12 Noy 2025
Cəmiyyət

Günel Bəhramqızına yeni vəzifə verildi

Tanınmış aparıcı Günel Bəhramqızına İqtisadiyyat Nazirliyində yeni vəzifə verilib.

12 Noy 2025
Cəmiyyət

Sabahın hava proqnozu - 13.11.2025

Azərbaycan ərazisində noyabrın 13-ə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

12 Noy 2025
Cəmiyyət

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli noyabrın 28-də saat 10:00-da Ağdamda vətəndaşları qəbul edəcək.