Azərbaycan bölməsi üzrə birinci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və M.Maqomayevadına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edildi.
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.