İsfahan əyalətinin Nətənz şəhərinin Xalidabad bölgəsində yerləşən polad zavodunda partlayış olub.
Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, hadisəyə səbəb qaz sızmasıdır.
Nətənz Fövqəladə Hallar Xidməti rəhbərinin açıqlamasına görə, insident zamanı 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
InterGlobe Aviation (IndiGo) aviadaşıyıcısı Hindistanın hava limanlarında davam edən daxili əməliyyat problemləri səbəbindən 400-dən çox reysi ləğv edib.
İndoneziyanın Sumatra adasında baş verən şiddətli daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 846 nəfər ölüb, daha 547 nəfər itkin düşmüş sayılır.
Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında görüş başlayıb.