Azərbaycan güləşçisi Rihad İbrahimli Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatının finalına yüksəlib.
Bu barədə Oxu.Az-a Güləş Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Qurban Məcnunov (48 kq) debütdə macarıstanlı Qerqo Zatko (11:2) üzərində inamlı qələbə qazanıb. Daha sonra türkiyəli Barış Soylunu 6:1 hesabı ilə üstələyən 15 yaşlı güləşçimiz yarımfinala yüksəlib. Finalın bir addımlığında ermənistanlı Martin Manjikyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmada xalların keyfiyyətinə görə (6:6) məğlub olan Məcnunov sabah bürünc medal uğrunda görüşdə yunanıstanlı Nikolaos Zinisa ilə güləşəcək.
Ayxan Əsədli (55 kq) belaruslu Aleksandr Beliakova 6:3 hesabı ilə qalib gəlsə də, 1/4 finalda rusiyalı Danil Lojkinə "tuş"la uduzub.
Ramil Musayev (65 kq) italiyalı Alessio Arankionun kürəyini xalçaya sıxıb, vaxtından əvvəl qələbəni bayram etsə də, 1/8 finalda belaruslu Vladislav Salavyova məğlub olub - 3:5.
Nicat Yeylaqaliyev (80 kq) çexiyalı Jaçim Jaburek (8:0) üzərində inamlı qələbənin davamını yunanıstanlı Stefanos Vasdekislə görüşdə gətirib - 6:1. Gürcüstanlı Giorgi Ormotsadzeyə (9:0) də heç bir şans tanımayan Nicat yarımfinalda litvalı Benediktas Bubeleviçyusa sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Yeylaqaliyev sabah üçüncü yer uğrunda görüşdə ya Danilo Aksentiyeviç (Serbiya), ya Olivers İrklis (Latviya), ya da Yens Abrahamssonla (İsveç) üz-üzə gələcək.
Rihad İbrahimli (110 kq) startda belaruslu Matvey Silişə (5:1), ardınca isə polşalı Mateuş Tomelkaya (11:2) qalib gəlib. Yarımfinalda ukraynalı Anatoli Novaçenkodan (4:1) güclü olan İbrahimli adını finala yazdırıb. Rihad sabah həlledici qarşılaşmada bolqarıstanlı Denis Lazarovla mübarizə aparacaq.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.
Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.