Azərbaycan hakimləri Avropa çempionatı matçlarına təyinat alıblar

Azərbaycan hakimləri Avropa çempionatı matçlarına təyinat alıblar
04 İyun 2025 10:25

Azərbaycanın FIBA dərəcəli hakimlərinə təyinat verilib.

"Report" xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Referilər iyul və avqust aylarında təşkil olunacaq yeniyetmə oğlanlar və qızlar arasında Avropa çempionatının oyunlarında Azərbaycanı təmsil edəcəklər.

Ali basketbol qurumu FIBA -nın ölkəmizdən seçdiyi 4 hakim - Ələkbər Həsənov, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsina müvafiq olaraq aşağıdakı ölkələrdə keçiriləcək yarışlarda fit sahibi olacaqlar.

Ələkbər Həsənov - Serbiya U-18 oğlanlar “A” divizionu (26 iyul-3 avqust) və Gürcüstan U-16 oğlanlar “A” divizionu (8-16 avqust)

Ruslan Xalıqov - Rumıniya U-18 oğlanlar “B” divizionu (25 iyul-3 avqust), Rumıniya U-16 qadınlar “A” divizionu (15-23 avqust), Albaniya U-16 oğlanlar “C” divizionu (5-13 iyul)

Urfan Bayramlı - Rumıniya U-18 oğlanlar “B” divizionu (25 iyul-3 avqust), Türkiyə U-20 qızlar “B” divizionu (20-29 avqust), Şimali Makedoniya U-16 oğlanlar “B” divizionu (7-16 avqust)

Anastasiya Slojenitsina - Litva U-18 qızlar “B” divizionu (4-13 iyul)


14 Fev 2026
İdman

Azərbaycan çempionatında 20-ci tura start verilir

Bu gün futbol üzrə Azərbaycan çempionatında 20-ci tura start veriləcək.

14 Fev 2026
İdman

XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar keçiriləcək.

13 Fev 2026
İdman

Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının afişası

Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.

12 Fev 2026
İdman

"Qarabağ" – "Nyukasl" matçının biletləri bu gün, saat 12:00-da satışa çıxacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" – "Nyukasl" matçının biletləri bu gün, saat 12:00-da satışa çıxacaq.