Prezident: "Azərbaycan ilə Türkiyə arasındakı həmrəylik Türk dünyası üçün böyük töhfədir"

Prezident: "Azərbaycan ilə Türkiyə arasındakı həmrəylik Türk dünyası üçün böyük töhfədir"
08 May 2025 16:05

"Bu gün Azərbaycan ilə Türkiyə arasındakı birlik, qardaşlıq və həmrəylik bütün Türk dünyası üçün böyük töhfədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, strateji müttəfiqliyimizin gücləndirilmisində əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri vardır. Ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın birliyindən qaynaqlanan və hazırda dinamik inkişaf edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə rifaha, sülhə və təhlükəsizliyə töhfə verməklə yanaşı, bütün Avrasiya üçün önəmli amil rolunu oynayır".

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktubunda yer alıb.

Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu məkanda yerləşən Azərbaycanda əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri dostluq, qardaşlıq, qarşılıqlı etimad və anlaşma şəraitində birgə yaşayırlar. Xalqlararası dostluğun, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması bizim yaşam tərzimiz olmaqla yanaşı, dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Ölkəmiz, eyni zamanda, qlobal müstəvidə də mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalararası dialoq zəminində təşəbbüslərlə çıxış edir.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır.


12 İyun 2026
Siyasət

Deputat: Ulu Öndərin Böyük Qayıdışı Azərbaycanın gələcək qələbəsinin başlanğıcı oldu

Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı Zəfərimizin təməllərinin qoyulduğu Böyük Qayıdış hadisəsidir.

12 İyun 2026
Siyasət

Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

12 İyun 2026
Siyasət

Maliyyə naziri sosialyönlü xərclərin həcmini açıqlayıb

Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub.

12 İyun 2026
Siyasət

Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.

12 İyun 2026
Siyasət

Azərbaycan Rusiyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Rusiya Günü münasibətilə təbrik edib.