100 minə yaxın uşağın birinci sinfə qəbul prosesi tamamlanıb

100 minə yaxın uşağın birinci sinfə qəbul prosesi tamamlanıb
08 May 2025 15:40

Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Bu barədə Oxu.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

- Alternativ qeydiyyat mərkəzlərinə;

- Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə;

- ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Xatırladaq ki, mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib.


11 Apr 2026
Cəmiyyət

Sabah 15 dərəcə isti olacaq - 12.04.2026

Azərbaycanda aprelin 12-də gözlənilən hava şəraiti açıqlanıb.

11 Apr 2026
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT

Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti azalıb.

10 Apr 2026
Cəmiyyət

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır.

10 Apr 2026
Cəmiyyət

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.