Bakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı olub

Bakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı olub
08 May 2025 11:10

Bakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı və ulu öndər Heydər Əliyevin 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə baş prokuror Kamran Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin komitə sədrləri, deputatlar, Baş Prokurorluğun rəhbərliyi və prokurorluq əməkdaşları, habelə digər hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Yeni inşa edilmiş korpusla tanış olan iştirakçılara bildirilib ki, bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.

Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, habelə 125 nəfərlik akt zalı, yeməkxana yaradılıb, eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib.

Daha sonra yeni akt zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir baş tutub.

Ulu öndərin əziz xatirəsi yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni təntənəli şəkildə səsləndirildikdən sonra açılış nitqi ilə baş prokuror Kamran Əliyev çıxış edib.

O, dövlət başçısına prokurorluq əməkdaşları adından dərin təşəkkürünü bildirərək, Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğının nəticəsində bu cür müasir infrastrukturun təmin olunduğunu qeyd edib. K.Əliyev yeni şəraitin peşəkarlığın və iş potensialının artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacağını vurğulayıb.

Digər çıxışlardan sonra "Xalqın adamı" adlı sənədli film nümayiş olunub.


23 May 2025
Siyasət

Kişineuda Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

Moldovanın paytaxtı Kişineuda Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub.

23 May 2025
Siyasət

Azərbaycan Prezidentinə təbrik məktubları gəlməkdə davam edir

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

23 May 2025
Siyasət

Fərid Qayıbov Slovakiyanın idman məsələləri üzrə dövlət katibi ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Slovakiya Respublikasının idman məsələləri üzrə dövlət katibi İvana Şuflyarska Libyakova ilə görüşüb.

23 May 2025
Siyasət

Azərbaycan Prezidentinə təbrik məktubları gəlməkdə davam edir

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

23 May 2025
Siyasət

Prezident Vergi Məcəlləsində dəyişikliyi TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.