Prezident: "İki ölkə arasında müxtəlif istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var"

Prezident: "İki ölkə arasında müxtəlif istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var"
08 May 2025 09:50

"Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlərdə məsələlər geniş müzakirə edildi".

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında deyib.

"Energetika sahəsində imzalanmış sənədlər və apardığımız mübadilələr deməyə əsas verir ki, yaxın gələcəkdə biz bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik", - deyə dövlətimizin başçısı vurğulayıb.


5 Dek 2025
Siyasət

Şavkat Mirziyoyev Pərviz Şahbazovu qəbul edib (FOTO)

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovu qəbul edib.

5 Dek 2025
Siyasət

Azərbaycan və Gürcüstan birgə kollecin yaradılmasını müzakirə edir

Azərbaycan və Gürcüstan energetika, dərin özüllü dəniz limanları tikintisi və sualtı kabellərin çəkilməsi sahəsində mütəxəssislər hazırlayacaq birgə kollecin yaradılması imkanını müzakirə edir.

5 Dek 2025
Siyasət

Elçin Əmirbəyov Cenevrədə Tobias Privitelli ilə görüşüb

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Cenevrə şəhərində Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) direktoru səfir Tobias Privitelli ilə görüş keçirib.

5 Dek 2025
Siyasət

Kəlbəcər, Laçın, Ağdərə və Xocalı ərazilərini əhatə edəcək yeni milli park yaradılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin qorunması, o cümlədən xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin mühafizəsi məqsədilə yeni milli parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılıb.