Taksi sürücüləri üçün test imtahanı keçirilib, 1261 namizəd uğur qazanıb

Taksi sürücüləri üçün test imtahanı keçirilib, 1261 namizəd uğur qazanıb
24 Apr 2025 17:27

Dövlət İmtahan Mərkəzi tərəfindən 24 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1560 namizəd qeydiyyatdan keçib. Onlardan 1445 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1261 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.


13 Yan 2026
Cəmiyyət

Azərbaycan 3 ölkədən təbii bal tədarükünü bərpa edib

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 478 min ABŞ dolları dəyərində 85,3 ton təbii bal idxal edib.

13 Yan 2026
Cəmiyyət

Sumqayıtda silah-sursat tapılıb

Sumqayıt şəhərində qanunsuz silah-sursat aşkar olunub.

13 Yan 2026
Cəmiyyət

Bu ayın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib.

13 Yan 2026
Cəmiyyət

Sabah Bakıya sulu qar yağacaq, güclü külək əsəcək - 14.01.2026

Azərbaycanda yanvarın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

13 Yan 2026
Cəmiyyət

Biləsuvarda zəlzələ olub

Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.