Azərbaycan İsrailin peyk texnologiyasına maraq göstərir

Azərbaycan İsrailin peyk texnologiyasına maraq göstərir
24 Apr 2025 17:19

İsrailin "Israel Aerospace Industries" (IAI) aerokosmik şirkəti tərəfindən təqdim olunan "Mini Communication Satellite" (MCS) layihəsi peyk rabitəsi sahəsində Azərbaycanda da yeni imkanlar açır.

"Report" xəbər verir ki, bunu şirkətin rəsmisi Niko Adamski Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) deyib.

Onun sözlərinə görə, sürətlə dəyişən qlobal kommunikasiya bazarında daha əlçatan və çevik həllər tələbi artır və MCS bu ehtiyaca tam cavab verir: "IAI artıq 70 ildən çoxdur ki, aerokosmik və müdafiə sənayesində fəaliyyət göstərir. Şirkət 40 ildən artıq müddətdə LEO və GEO orbitlərində peyklər istehsal edir və bu sahədə dünyanın aparıcı istehsalçılarından biridir. Təşkilat elektriklə işləyən peyklərin idarə olunmasında da dünyada qabaqcıl 10 şirkət sırasında yer alır".

O, MCS layihəsinin əsas üstünlükləri haqqında məlumat verib: "Azçəkili, çoxfunksiyalı və tam rəqəmsal idarəetmə sisteminə malik peyk texnologiyası bu sahədə yeni həll axtaran ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Bu peyklər istənilən biznes modelinə uyğunlaşdırıla, müxtəlif bölgələrdə xidmət zonasını dəyişdirə və 15 il ərzində orbitdə fasiləsiz fəaliyyət göstərə bilər".

N. Adamski bildirib ki, MCS layihəsi Azərbaycanın da peyk texnologiyalarına dair imkanlarını genişləndirə bilər: "Hazırda ölkəmiz "Azerspace" layihəsi ilə regional peyk rabitəsində mövqeyini gücləndirməkdə davam edir. Bu baxımdan, daha çevik, daha sərfəli və müasir texnologiyalar üzərində qurulmuş mini peyk modelləri Azərbaycanın milli suveren rabitə proqramlarının genişləndirilməsi, habelə regionun ən ucqar nöqtələrində rabitənin təmin edilməsi baxımından aktual ola bilər".

O əlavə edib ki, MCS kimi texnologiyaların ölkəyə gətirilməsi, yerli mütəxəssislərin bu sistemlər üzrə təlim alması və Azərbaycanın peyk sənayesində yeni mərhələyə keçidi üçün zəmin yarada bilər: “Artıq MCS peykləri seriya istehsalına buraxılıb və müxtəlif ölkələrin sifarişlərinə cavab vermək üçün hazır vəziyyətdədir. Azərbaycanın da bu texnologiyaya maraq göstərməsi, rəqəmsal suverenlik və informasiya təhlükəsizliyi istiqamətində atılan növbəti strateji addım ola bilər".


14 Fev 2026
Siyasət

"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirakından süjet hazırlayıb.

14 Fev 2026
Siyasət

Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək

Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır.

14 Fev 2026
Siyasət

Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında Orta Dəhlizlə bağlı panel müzakirələrində çıxış edib

Fevralın 13-də xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi" mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə, həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə "Oracle" korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə Azərbaycan jurnalistlərinə müsahibə verib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə Azərbaycan telekanallarına müsahibə verib.