Adil Şükürov: "Sabah"ın heyəti Azərbaycan Kubokunun qalibi olmağa imkan verir"

Adil Şükürov: "Sabah"ın heyəti Azərbaycan Kubokunun qalibi olmağa imkan verir"
24 Apr 2025 17:17

"Sabah"ın heyəti Azərbaycan Kubokunun qalibi olmağa imkan verir.

Bunu "Report"a açıqlamasında "Zirə" və "Kəpəz" klublarının sabiq baş məşqçisi Adil Şükürov deyib.

Azərbaycan millisinin sabiq üzvü ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları barədə danışıb:

"Araz-Naxçıvan" "Qarabağ"la oyuna çox yaxşı başlamışdı. Lakin komanda fürsətlərdən istifadə edə bilmədi. Əəvzində rəqib hücumlara tab gətirdi və ikinci hissədə baxımlı oyun sərgiləyərək istədiyi qolları vurdu. Premyer Liqa oyununda "Araz-Naxçıvan" "Turan Tovuz"la qarşılaşmada çox qüvvə itirmişdi. Heyətləri də geniş deyil ki, yorğun futbolçuları başqa oyunçularla əvəzləsinlər. Düşünürəm ki, bu səbəbdən naxçıvanlılar sona qədər tab gətirə bilmədilər".

Mütəxəssis "Neftçi"nin "Sabah"la matçda çox yaxşı çıxış etdiyini, lakin oyunun hesaba yansımadığını bildirib:

"Uzun müddətdən sonra Samir Abasovun rəhbərliyi altında "Neftçi"nin belə yaxşı oyun sərgilədiyinin şahidi olurdum. Komanda çox istəkli idi, qələbə qazanmaq istəyirdilər. İlk qolu buraxdıqdan qısa müddət sonra hesabı bərabərləşdirdilər. Lakin ikinci qolu vurmaq alınmadı. Futbolda bəzən belə şeylər olur. Hətta yaxşı oynadığın halda ikinci qolu da buraxa bilərsən. Emin Mahmudovun çıxışını xüsusi vurğulamaq istəyərdim. O, sübut etdi ki, hələ də sabit oynaya bilər. Sadəcə, Eminə motivasiya vermək lazımdır ki, komandasına xeyir verə bilsin".

Adil Şükürov Azərbaycan Kubokunun final matçının maraqlı keçəcəyini söyləyib:

"Düşünürəm ki, finalda maraqlı oyuna şahidlik edəcəyik. Baxmayaraq ki, "Qarabağ"ın gücü hər kəsə bəllidir. Lakin "Sabah" da kuboku muzeyinə apara bilər. Nəzərə almaq lazımdır ki, final 1 görüşdən ibarətdir və hər an hər şey ola bilər. "Sabah"ın heyəti Azərbaycan Kubokunun qalibi olmağa imkan verir".

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab matçlarında "Qarabağ" "Araz-Naxçıvan"ı 3:0 (ilk görüş - 0:1) hesabı ilə məğlub edib. "Sabah" - "Neftçi" görüşündə isə tərəflər hərəyə bir dəfə fərqləniblər (ilk oyun - 2:1).

Azərbaycan Kubokunun final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.


12 İyun 2026
Cəmiyyət

Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinə növbəti köç olub

Xocavənd rayonunun Qırmızı Bazar və Hadrut qəsəbələrinə köç olub.

12 İyun 2026
Cəmiyyət

Xüsusi qabiliyyət imtahanlarına start verilir

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub.

12 İyun 2026
Cəmiyyət

Sabah 35 dərəcə isti olacaq - 13.06.2026

İyunun 13-ə gözlənilən hava şəraiti açıqlanıb.

12 İyun 2026
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.06.2026)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.