Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qədim Musiqi Alətləri Ansamblının konsert proqramı təqdim edilib.
“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, konsert Qırğızıstanın Manas teatrında baş tutub.
Solistlər Xalq artisti Teyyub Aslanov ilə Əməkdar artist Nuriyyə Hüseynovanı bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifov olan ansambl müşayiət edib.
Konsert proqramında təqdim olunan bəstəkar və xalq mahnıları yerli publika tərəfindən böyük coşqu ilə qarşılanıb.
Konsertlə bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşən Xalq artisti Munis Hüseynov Azərbaycanı dünya səhnələrində təmsil etməkdən qürur duyduqlarını deyib:
“Bu gün həm də mənim doğum günümdür. Belə bir gündə qırğız qardaşlarımızın qarşısında çıxış etmək, Azərbaycanın qədim musiqi alətlərini tanıtmaq mənim üçün fəxrdir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 13-də vətəndaşların növbəti qəbulunu keçirib.