Orxan Məmmədov: “Ticarət şəbəkələri və KOB-ların daha sıx əməkdaşlığı diqqətdə saxlanılmalıdır”

Orxan Məmmədov: “Ticarət şəbəkələri və KOB-ların daha sıx əməkdaşlığı diqqətdə saxlanılmalıdır”
24 Apr 2025 16:21

Ticarət şəbəkələri ilə KOB-ların daha sıx və effektiv əməkdaşlıq etməsi üçün imkanların və əməkdaşlıq üsullarının təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinnin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, bununla yanaşı regionlarda logistik imkanların artırılması və təchizat zəncirinin optimallaşdırılması, rəqəmsal ticarət platformalarının dəstəklənməsi və KOB-ların bu platformalara inteqrasiyası, ticarət mədəniyyəti, keyfiyyət standartları və şəffaflıq sahəsində maarifləndirmə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır: “KOB-lar istehsal etdikləri məhsulların ticarət şəbəkələrinə uyğunluğunu qiymətləndirsinlər, brendləşməyə və qablaşdırma keyfiyyətinə xüsusi diqqət yetirsinlər, elektron ticarətə inteqrasiya imkanlarını araşdırsınlar, marketlər və iri satış nöqtələri ilə əməkdaşlıq üçün təşəbbüskar olsunlar, logistika və çatdırılma sahəsində müasir həlləri tətbiq etsinlər, müştəri məmnuniyyətinə yönəlik yanaşmalar formalaşdırsınlar".

O. Məmmədov əlavə edib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı ticarət şəbəkələrinin də transformasiyasını şərtləndirir: “Elektron ticarət, logistik texnologiyalar və “ağıllı” həllər bazarın daha çevik və səmərəli fəaliyyətini təmin edir. Bu isə KOB-lar üçün həm çağırışlar, həm də yeni imkanlar deməkdir. Ona görə də rəqəmsal dövrdə ticarət şəbəkələrinin rolunun yenidən dəyərləndirilməsi və bu sahədə KOB-ların rəqabət qabiliyyətinin artırılması ön plana çıxır".


23 May 2025
Cəmiyyət

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib

23 May 2025
Cəmiyyət

Milli Məclis Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalının təsisini qəbul edib

Parlament Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalının təsis edilməsini təsdiqləyib.

23 May 2025
Cəmiyyət

Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım edib.

23 May 2025
Cəmiyyət

Aprelin 13-də keçirilən 9-cu siniflərin buraxılış imtahanın nəticələri bu gün açıqlana bilər

Aprelin 13-də baş tutan 9-cu siniflərin buraxılış imtahanın nəticələri bu gün açıqlana bilər.