Astanada Qazaxıstan Xalqları Assambleyasının (QXA) XXXIV sessiyasının plenar iclası başa çatıb.
“Report”un Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, "Birlik və həmrəylik naminə 30 il" adlı sessiyada parlament deputatları, ölkənin bütün bölgələrindən QXA-nın üzvləri, etnomədəni birliklərin rəhbərləri, dövlət qurumlarının, diplomatik korpusun, dini və ictimai təşkilatların nümayəndələri, həmçinin tanınmış alimlər və mədəniyyət xadimləri daxil olmaqla 1600-dən çox insan iştirak edib.
Tədbir Qazaxıstan Xalqları Assambleyasının etnik qruplar arasında həmrəyliyin, ictimai sabitliyin və ölkə birliyinin qorunmasına töhfə verən bir qurum kimi əsas rolunu vurğulayıb.
Sakit okeanda Vanuatu Respublikasına məxsus Espiritu-Santo adasının qərb sahillərində 6.5 maqnitudalı zəlzələ qeydə alınıb.
ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini bildirib.