Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub

Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Apr 2025 14:10

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 24-də Pekində Çin Milli İnsan Genomu Mərkəzində olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Çinin Elm və Texnologiya Nazirliyinin rəyi ilə yaradılmış mərkəz Çində ölkə səviyyəli genom tədqiqat müəssisələrindən biridir. Çin Milli İnsan Genomu Mərkəzi elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılmasını və Çində genomik sənayenin yaradılmasını təşviq edir. Mərkəz fundamental və klinik tədqiqatlar, populyasiya genetikası və bioinformatika sahələrində layihələr həyata keçirir. Bildirilib ki, mərkəzin işində ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə olunur.

Leyla Əliyeva mərkəzin laboratoriyalarına və bioloji nümunələr bankına baxıb. Mərkəzin rəhbərliyi ilə söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə potensial əməkdaşlıq imkanları, o cümlədən onkoloji xəstəliklər, serebral iflic və digər xəstəliklərin müalicəsi zamanı Genom Mərkəzinin metodlarının tətbiqi məsələsi müzakirə olunub.

 

 


13 Apr 2026
Siyasət

Paytaxtın bir çox küçələrində sıxlıq müşahidə olunur - FOTO - 13.04.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

11 Apr 2026
Siyasət

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - VİDEO

Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.

11 Apr 2026
Siyasət

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.