Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb

Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb
24 Apr 2025 12:59

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin prorektoru Gao Qanq və burada Azərbaycan dili üzrə təhsil alan çinli tələbələr ilə görüş zamanı Azərbaycanla Çin arasında əlaqələrin genişlənməsində gənclərin, o cümlədən iki ölkənin təhsil sistemində bu istiqamətdə həyata keçirilən layihələrin rolu qeyd edilib. Bu baxımdan, Azərbaycan mədəniyyətini öyrənib tədqiq və təbliğ etməyə maraqlı olan Pekin Xarici Dillər Universitetindəki Azərbaycan dili kafedrasının fəaliyyətinin, universitetdə Azərbaycan dili üzrə kadrların hazırlanmasının əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, universitetin tədris proqramına Azərbaycan dili ilə yanaşı, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı fənləri də daxildir.

Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında 10 ilə yaxın davam edən əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirildiyi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) distant Çin dili kurslarının təşkil olunduğu diqqətə çatdırılıb.

Görüş zamanı Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında bu il ərzində anlaşma memorandumunun imzalanması barədə qərar qəbul edilib.

Daha sonra universitetin Azərbaycan dili kafedrası ilə tanışlıq olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kafedranın fəaliyyətinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb. Heydər Əliyev Fondunun müxtəlif sahələr, o cümlədən Azərbaycan mədəniyyətinin tanıdılması üzrə nəşrlərinin Çin dilində çap olunmasının vacibliyi qeyd edilib.

 

 


13 Apr 2026
Siyasət

Paytaxtın bir çox küçələrində sıxlıq müşahidə olunur - FOTO - 13.04.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

11 Apr 2026
Siyasət

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - VİDEO

Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.

11 Apr 2026
Siyasət

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.