Mehriban Əliyeva, Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar

Mehriban Əliyeva, Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar
23 Apr 2025 11:35

Aprelin 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Pekinin mərkəzində, Tiananmen meydanının qərb tərəfində yerləşən Böyük Xalq Sarayı Çinin ən yüksək səviyyədə dövlət tədbirlərinin və mərasimlərinin, o cümlədən Çin Kommunist Partiyasının qurultaylarının, ali qanunverici orqan olan Çin Xalq Nümayəndələri Yığıncağının illik iclaslarının keçirildiyi, xarici dövlətlərin rəhbərlərinin rəsmi qarşılanma mərasimlərinin təşkil olunduğu dövlət sarayıdır.

Çin Xalq Respublikasının qurulmasının 10-cu ildönümü ilə əlaqədar inşa edilmiş Böyük Xalq Sarayı 1959-cu ildə istifadəyə verilib. Çin xalqının milli birliyinin rəmzi olaraq dizayn edilmiş saray üç hissədən ibarətdir. Kompleksə Böyük və Əsas auditoriumlar, Konqres, ziyafət, rəsmi qonaqların qarşılanması zalları, Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin ofis binası daxildir. Böyük Xalq Sarayında Çinin hər bölgəsinin adına zallar var.

Saray dövlət tədbirlərinin olmadığı vaxtlarda ayın müəyyən günlərində ictimaiyyətin ziyarəti üçün açıq olur.


13 Fev 2026
Siyasət

Elnur Rzayev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinatoru ilə görüşüb (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Hayrettin Özçelik və koordinatorun müavini Kürşad Özdemirlə görüşüb.

13 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.

13 Fev 2026
Siyasət

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edib (FOTO)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 13 fevral tarixində Salyan şəhərində Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərinin sakinlərini qəbul edib.

13 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Almaniyaya səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniya Federativ Respublikasına səfərə gedib.

13 Fev 2026
Siyasət

Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla növbəti dəfə görüşüb.