Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində keçiriləcək rəsmi ziyafətin Azərbaycan ruhunu və mədəniyyətini layiqincə əks etdirən möhtəşəm atmosferlə yadda qalacağı gözlənilir.
Oxu.Az-ın verdiyi məlumata görə, tədbirdə səsləndiriləcək musiqi nümunələri sırasında "Arşın mal alan" filmindən parçalar, "Ağ yelkən", "Mənim Azərbaycanım", "Bakı", "Sənə də qalmaz", "Nostalji" kimi yaddaqalan əsərlər yer alacaq. Musiqilər Çinin Xalq Azadlıq Ordusunun Hərbi Orkestri tərəfindən, tanınmış dirijor Çjao Çuantszeyin rəhbərliyi ilə ifa olunacaq.
Ziyafətin kulinariya menyusu da diqqətçəkəndir. Qonaqlara Pekin ördəyi, bulyonda tərəvəz, krab ətli əriştə, zəfəran sousunda treska, mollyusklu bulyon, eləcə də şirniyyat, meyvə və desertlər təqdim olunacaq. Şərab menyusunda isə 2009-cu il "Great Wall" kaberne sovinyon və 2016-cı il "Changyu" şardone ağ şərabı yer alır.
Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
"Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur".
Ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10268165 nəfərə çatıb.