"Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7.9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17.69 faizə çatıb".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib.
İki ölkə arasında hələ də reallaşdırılmayan böyük potensialın mövcud olduğunu vurğulayan dövlətimizin başçısı vurğulayıb: "Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq".
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Hayrettin Özçelik və koordinatorun müavini Kürşad Özdemirlə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 13 fevral tarixində Salyan şəhərində Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərinin sakinlərini qəbul edib.