Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb

Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb
16 Apr 2025 09:57

Azərbaycanlı ağırlıqqaldıra İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında 3 medal qazanıb.

Oxu.Az xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub.

Ardınca o, təkanla qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gələrək qızıl medala yiyələnib.

Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.

 

 


16 İyun 2026
İdman

Azərbaycanın gənc cüdoçuları Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar

Azərbaycanın gənc cüdoçuları Rusiyanın Krasnoyarsk şəhərində Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 3 medal əldə ediblər.

16 İyun 2026
İdman

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start verilib.

10 İyun 2026
İdman

Tələbə Basketbol Liqasının mükafatçıları bəlli olub

Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünə yekun vurulub.