Ceyhun Bayramov yeni Çin səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov yeni Çin səfirinin etimadnaməsinin surətini qəbul edib
15 Apr 2025 17:19

Xarici işlər naziri Ceyhun Bayramov aprelin 15-də Çin Xalq Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Lu Meyi qəbul edib.

Xarici İşlər Nazirliyindən "Report"a bildrilib ki, səfir Lu Mey etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Ötən ilin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu ilə əlamətdar olduğu, sözügedən Bəyannamədən irəli gələrək strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində səylərin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda, yüksək səviyyəli səfərlər və məsləhətləşmə mexanizmlərinin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın mövcudluğu qeyd edilib.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Ötən il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının təqdirəlayiq olduğu vurğulanıb.

Səfir qəbula görə təşəkkür edib, Azərbaycandakı fəaliyyəti müddətində strateji tərəfdaşlıq münasibətlərinin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


18 Apr 2025
Siyasət

Sahibə Qafarova MDB PA-da Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb

Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının plenar iclasında Azərbaycan xalqının faşizm üzərində tarixi qələbədə rolu haqqında danışıb.

18 Apr 2025
Siyasət

İmişlidə əmək yarmarkası keçirilib

İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

18 Apr 2025
Siyasət

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

18 Apr 2025
Siyasət

Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 21 aprel 2025-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan vətəndaş qəbulu keçirəcək.

18 Apr 2025
Siyasət

Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tovuzda bu, eləcə də Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.