Azərbaycan qılıncoynadanları Çində keçirilən dünya birinciliyində iştirak ediblər

Azərbaycan qılıncoynadanları Çində keçirilən dünya birinciliyində iştirak ediblər
15 Apr 2025 16:46

Azərbaycan qılıncoynadanları Çinin Usi şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində iştirak ediblər.

"Report" xəbər verir ki, Səid Əliyev, Vahab Fətullayev, Mirxətai Məmmədov və Emin Səfərbəyovdan ibarət sablya yığması ilk görüşdə Belçikaya 45:37 hesabı ilə qalib gəlib.

Milli ən güclü "16-lığ"a yüksəlmək uğrunda keçirilən qarşılaşmada Almaniyaya 26:45 hesabı ilə uduzub. Komanda ümumi sıralamada 31-ci olub.

Aynur Quliyeva, Xədicə Həsənli, Nəzrin Mehdiyeva və Nazilə Rəhimovadan ibarət kollektiv isə şpaqaçıların komanda yarışında 14-cü olub.

Yaponiya yığmasına 34:33 hesabı ilə qalib gələn şpaqaçılar ən güclü "səkkizliy"ə yüksəlmək üçün keçirilən görüşdə Çinə 38:45 hesabı ilə məğlub olub. Komanda 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Estoniyaya 31:45 hesabı ilə uduzub. Misir şpaqaçılarını 45:44 hesabı ilə məğlub edən milli son görüşündə ispan rəqiblərinə 27:45 hesabı ilə uduzub.

17 İyun 2026
İdman

Azərbaycanın gənc cüdoçuları Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar

Azərbaycanın gənc cüdoçuları Rusiyanın Krasnoyarsk şəhərində Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 3 medal əldə ediblər.

16 İyun 2026

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start verilib.