Azərbaycan klubunun məşqçisi: "Avropa çempionatındakı nəticə təsadüfi deyil"

Azərbaycan klubunun məşqçisi: "Avropa çempionatındakı nəticə təsadüfi deyil"
15 Apr 2025 16:10

Bu nəticə təsadüfi deyil.

Bunu "Report"a açıqlamasında "Altay" taekvondo klubunun məşqçisi Murad Həsənov deyib.

Mütəxəssis Estoniyanın paytaxtı Tallində keçirilən klublararası Avropa çempionatında komandanın ikinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb:

"Bu, klub üçün xüsusi əhəmiyyət kəsb edən yarış oldu. Turnirdə 30-dan çox ölkədən 1200-ə yaxın idmançı iştirak edirdi və yüksək səviyyəli rəqabət şəraiti hökm sürürdü. Çətin və məsuliyyətli yarışda komandamız ümumi hesabda ikinci yeri tutaraq, beynəlxalq arenada ilk ciddi uğuruna imza atdı. Aylarla davam edən məşqlər, idmançılarımızın intizamı və mübarizə ruhu bizə bu nailiyyəti qazandırdı. Hər bir idmançımız ölkəmizi layiqincə təmsil etdi. “Altay” klubunun bu uğuru bir başlanğıcdır".

O, qarşıdakı məqsədlər barədə də danışıb:

"Milli yarışlarda, beynəlxalq arenada daha da uğurlu nəticə qazanmaq, ölkəmizi yüksək səviyyədə təmsil edə biləcək yeni nəsil peşəkar taekvondoçular yetişdirmək istəyirik. Bu yolda bizimlə birgə olan və klubumuzu dəstəkləyən hər kəsə minnətdaram. Xüsusilə bu uğurumuzun əldə olunmasında bizə dəstək olan Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkür edirik".

Qeyd edək ki, klublararası Avropa çempionatı kiçikyaşlı yeniyetmələr arasında keçirilib.


5 Mar 2026
İdman

Xizək alpinizmi yarışlarında qarışıq estafet mərhələsinə START VERİLDİ

Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

3 Mar 2026
İdman

Azərbaycan cüdoçuları Özbəkistanda beynəlxalq təlim-məşq toplanışına qatılıblar

Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşq toplanışı start götürüb.

2 Mar 2026
İdman

Vüsalə Hacıyeva Avropa Kubokunda gümüş medal qazandı

İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

28 Fev 2026
İdman

Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə "Strandja" beynəlxalq turnirində 1/4 final döyüşlərinə start verilib.

27 Fev 2026
İdman

"Böyük Dəbilqə"nin finalında Azərbaycan iki medal qazandı

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) finalda Azərbaycanın digər cüdoçusu Balabəy Ağayevi məğlub edib.