Mayın 3-də Sinqapurda parlament seçkiləri keçiriləcək

Mayın 3-də Sinqapurda parlament seçkiləri keçiriləcək
15 Apr 2025 15:19

ABŞ-nin tətbiq etdiyi rüsumlar səbəbindən Sinqapurda resessiya riskləri və yaşayış xərclərinin artması ilə bağlı narahatlıqlar fonunda mayın 3-də milli seçkilər keçiriləcək.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Sinqapur Seçki Komissiyası seçki tarixini aprelin 15-də elan edib.

Səsvermə baş nazir Lourens Vonq üçün ilk seçki sınağı olacaq.

"Biz dünyada dərin dəyişikliklər müşahidə edirik. O, getdikcə daha qeyri-müəyyən, narahat və hətta qeyri-sabit xarakter alır. Son onilliklərdə Sinqapurun uğuruna töhfə verən qlobal şərtlər artıq qorunmaya bilər. Məhz buna görə də mən bu ümumi seçkiləri təyin etdim. Bu kritik məqamda sinqapurlular ölkəmizi irəli aparacaq komandanı seçməlidirlər", - o, sosial şəbəkələrdə yazıb.

Seçkilər bədbin iqtisadi proqnozlar fonunda keçiriləcək: ABŞ Prezidenti Donald Trampın təklif etdiyi rüsumlar Sinqapurun ixracyönümlü iqtisadiyyatına zərbə vura bilər.


6 Noy 2025
Dünya

Türkiyədə daş karxanası çöküb, ölənlər var

Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda karxana tikintisində çökmə baş verib.

6 Noy 2025
Dünya

ABŞ-də baş verən təyyarə qəzasında ölənlərin sayı 12-yə çatıb

ABŞ-nin Kentukki ştatının Luisvill hava limanı yaxınlığında "UPS Airlines" şirkətinə məxsus "MD-11" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

6 Noy 2025
Dünya

Missisipidə kimya zavodunda güclü partlayış: Sakinlərin təxliyəsinə başlanıldı

ABŞ-nin Missisipi ştatında ammonyak və digər kimyəvi maddələrin istehsalında ixtisaslaşan kimya zavodunda partlayış baş verib, nəticədə havaya xeyli zəhərli kimyəvi maddə yayılıb.

6 Noy 2025
Dünya

Dünyada qızıla tələb sürətlə artır

Qlobal qızıl tələbi 1 313 ton və ya 146 milyard ABŞ dolları dəyərində olub. Bu, 2000-ci ildən indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

5 Noy 2025
Dünya

Sudanda təyyarə qəzaya uğradı: Bütün heyət həlak oldu

Sudanın Qərbi Kordofan ştatında Babanus şəhəri yaxınlığında texniki nasazlıq səbəbindən hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.