Hulusi Akar: Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır

Hulusi Akar: Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır
15 Apr 2025 14:40

Azərbaycan Ordusunun, onun şəxsi heyəti və hərbi personalının Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

"Report" xəbər verir ki, bunu Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini dəstəkləyir:

"Azərbaycanın dövlət başçısının dediyi kimi, artıq "bir millət, iki dövlət" yox, "bir millət, üç dövlət"ik. Bundan əlavə, bir millət olmaqla yanaşı, həm də bir orduyuq. Ona görə də Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalı, əməkdaşlığı gücləndirməlidirlər. Bunun üçün birgə hərbi təlimlərin keçirilməsi şərtdir".


18 Apr 2025
Siyasət

Sahibə Qafarova MDB PA-da Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb

Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının plenar iclasında Azərbaycan xalqının faşizm üzərində tarixi qələbədə rolu haqqında danışıb.

18 Apr 2025
Siyasət

İmişlidə əmək yarmarkası keçirilib

İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

18 Apr 2025
Siyasət

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

18 Apr 2025
Siyasət

Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 21 aprel 2025-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan vətəndaş qəbulu keçirəcək.

18 Apr 2025
Siyasət

Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tovuzda bu, eləcə də Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.