Yaponiya hökuməti Urmiya gölünün xilası üçün növbəti maliyyə yardımı ayırıb

Yaponiya hökuməti Urmiya gölünün xilası üçün növbəti maliyyə yardımı ayırıb
15 Apr 2025 14:27

Yaponiya hökuməti Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölünün bərpası məqsədi ilə üç milyon dollar məbləğində maliyyə vəsaiti ayırıb.

“Report” xəbər verir ki, məlumatı “Azad İran” yayıb.

Məlumata görə, bu barədə İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədr müavini Əhmədrza Lahicanzadə Yaponiyanın Urmiya gölünün və başqa bataqlıqların bərpası proqram layihələri üçün 3,3 milyon dollar ayırdığını təsdiqləyib.

Bu, iki ölkə arasında İranın bataqlıq ərazilərini, xüsusilə Urmiya gölünü qorumaq üçün üçüncü əməkdaşlıq layihəsidir.

Məlumata görə, maliyyə yardımı Urmiya gölünün bərpası və ətraf yaşayış məntəqələrinin bataqlıqlardan mühafizəsinə xərclənəcək.

Bildirilib ki, layihə 2024-2028-ci illərdə BMT-nin Ətraf Mühit Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq nəticəsində həyata keçiriləcək.

Qeyd edək ki, Yaponiyanın maliyyə yardımı ayırması Urmiya gölünün qurumasının qlobal problem olduğunu da təsdiqləyir.

Yaponiya hökuməti 2024-cü ilin sonunda da Urmiya gölünün bərpasına 4,5 milyon dollar məbləğində yardım ayırmışdı.


20 İyul 2026
Dünya

Rusiyada da güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarının inzibati mərkəzi Petropavlovsk-Kamçatskidən cənub-şərqdə yerləşən akvatoriyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

20 İyul 2026
Dünya

"Brent" markalı neftin qiyməti 90 dolları keçdi

Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft bahalaşır.

20 İyul 2026
Dünya

Bu ölkədə Eboladan ölənlərin sayı 900-ə yaxınlaşıb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına təsdiqlənmiş yoluxma halları 2 267-yə yüksəlib, onlardan 893-ü ölümlə nəticələnib.

20 İyul 2026
Dünya

İranda ard-arda iki güclü zəlzələ oldu

İranın Kirmanşah əyalətinin Kozran bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.