Sahibə Qafarova Hulusi Akarla görüşüb, qlobal və regional məsələlər müzakirə olunub

Sahibə Qafarova Hulusi Akarla görüşüb, qlobal və regional məsələlər müzakirə olunub
15 Apr 2025 13:51

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 16-da Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarla görüşüb.

Milli Məclisdən "Report"a bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq uğurla inkişaf etdiyi qeyd olunaraq, qardaş ölkələrimizin bütün məsələlərdə bir yerdə olduğu və bir-birini dəstəklədiyi vurğulanıb.

Bildirilib ki, dövlət başçılarının davamlı təmasları strateji müttəfiqliyin hər gün yeni amillərlə zənginləşdiyini göstərir. 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi ardıcıl şəkildə həyata keçirilir.

Görüşdə qeyd olunub ki, qardaş ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əlaqələr uğurla inkişaf edir. Qanunverici orqanların rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri, deputatların davamlı təmasları və qarşılıqlı dəstəyi bunu bir daha sübut edir.

Hulusi Akar Şuşa və Xankəndiyə səfəri haqqında təəssüratlarını bölüşərək, həmin ərazilərdə böyük inkişaf və quruculuq işlərinin şahidi olduqlarını bildirib.

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasının bölgədə çox ağır fəsadlar yaratdığını deyən Hulusi Akar ATƏT, Avropa İttifaqı kimi təşkilatların baxışlarının nə qədər zərərli olduğunu söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasının regionda yeni reallıqlar yaratdığını söyləyərək, Ermənistanın sülh sazişini imzalamaq üçün lazımi iradə göstərməsini və Azərbaycanın və Türkiyənin uzatdığı sülh əlini tutmasını arzuladığını bildirib.

Komitə sədri Prezident İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksək qiymətləndirdiklərini vurğulayaraq, bu məsələdə də Azərbaycanın dövlət başçısının qəti iradəsinin şahidi olduqlarını deyib.

Spiker Sahibə Qafarova TBMM-in komitə sədrinin Şuşa və Xankəndiyə səfəri zamanı səsləndirdiyi fikirləri məmnunluqla qeyd edərək, bildirib ki, Şuşa həqiqətən də təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün bir bayraq, simvoldur. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bütün Türk dünyasının qələbəsidir və qardaş ölkələrimizin birliyinin daha da gücləndirilməsində mühüm amildir.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova bu gün dünyada olduqca gərgin proseslərin baş verdiyini, ölkələrimizin müxtəlif təzyiqlərlə və ikili standartlarla üzləşdiyini xatırladaraq, regionda müxtəlif ölkələrin və dairələrin öz gizli planlarını həyata keçirməyə çalışdıqlarını bildirib. Bu baxımdan Azərbaycan-Türkiyə birliyinin regional sabitlik, təhlükəsizlik üçün olduqca mühüm amil olduğu qeyd edilib. Eyni zamanda, belə proseslərin qarşısının alınmasında da Türk dünyasının birliyinin, əməkdaşlığının vacibliyi ifadə edilib.

Vurğulanıb ki, bu məsələlərdə müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyəti böyükdür. Müntəzəm müzakirələr davam etdirilməli, bu sahədə ölkələrimizin əməkdaşlığının artırılmasına parlamentlərimizin birgə dəstəyi gücləndirilməlidir. Milli Məclisin sədri bu mənada, TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasının həm TÜRKPA-nın fəaliyyətinin daha da genişləndirilməsinə, həm də ölkələrimizin müdafiə və təhlükəsizlik sahəsində birgə fəaliyyətinin dərinləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

TBMM-in komitə sədri müdafiə, təhlükəsizlik, müdafiə sənayesinin inkişafında Azərbaycan və Türkiyənin böyük yol qət etdiklərini və ölkələrimizin bu istiqamətdə atdığı addımların heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.


18 Apr 2025
Siyasət

Sahibə Qafarova MDB PA-da Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb

Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının plenar iclasında Azərbaycan xalqının faşizm üzərində tarixi qələbədə rolu haqqında danışıb.

18 Apr 2025
Siyasət

İmişlidə əmək yarmarkası keçirilib

İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

18 Apr 2025
Siyasət

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

18 Apr 2025
Siyasət

Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 21 aprel 2025-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan vətəndaş qəbulu keçirəcək.

18 Apr 2025
Siyasət

Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tovuzda bu, eləcə də Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.