Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək
15 Apr 2025 12:21

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyev aprelin 22-də saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Sabunçu rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


14 Fev 2026
Siyasət

"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirakından süjet hazırlayıb.

14 Fev 2026
Siyasət

Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək

Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır.

14 Fev 2026
Siyasət

Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında Orta Dəhlizlə bağlı panel müzakirələrində çıxış edib

Fevralın 13-də xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi" mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə, həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə "Oracle" korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə Azərbaycan jurnalistlərinə müsahibə verib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə Azərbaycan telekanallarına müsahibə verib.