Gürcüstan Prezidenti Azərbaycana gəlib

Gürcüstan Prezidenti Azərbaycana gəlib
15 Apr 2025 11:16

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfərinə gəlib.

Səfər çərçivəsində Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Baş nazir Əli Əsədovla, həmçinin parlament sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin jurnalistlərə verdiyi məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

"Cənab Prezidentin ilk xarici səfəri Azərbaycan Respublikasından başlayır. Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsidir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yüksək səviyyəli görüşlər keçiriləcək. Həmçinin, Baş Nazir, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri üzrə bir sıra mühüm məsələlərlə bağlı ikitərəfli görüşlər keçiriləcək. Hazırda ölkələr arasında həyata keçirilən iqtisadi layihələr müzakirə olunacaq, mən xüsusilə bərpa olunan enerji məsələlərini və ölkələrimiz arasında həyata keçirilən bir sıra meqa layihələri qeyd etmək istərdim", - Pataradze bildirib.

Kavelaşvilinin Azərbaycana səfəri aprelin 16-da başa çatacaq.


5 Dek 2025
Siyasət

Şavkat Mirziyoyev Pərviz Şahbazovu qəbul edib (FOTO)

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovu qəbul edib.

5 Dek 2025
Siyasət

Azərbaycan və Gürcüstan birgə kollecin yaradılmasını müzakirə edir

Azərbaycan və Gürcüstan energetika, dərin özüllü dəniz limanları tikintisi və sualtı kabellərin çəkilməsi sahəsində mütəxəssislər hazırlayacaq birgə kollecin yaradılması imkanını müzakirə edir.

5 Dek 2025
Siyasət

Elçin Əmirbəyov Cenevrədə Tobias Privitelli ilə görüşüb

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Cenevrə şəhərində Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) direktoru səfir Tobias Privitelli ilə görüş keçirib.

5 Dek 2025
Siyasət

Kəlbəcər, Laçın, Ağdərə və Xocalı ərazilərini əhatə edəcək yeni milli park yaradılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin qorunması, o cümlədən xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin mühafizəsi məqsədilə yeni milli parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılıb.