Eldəniz Əzizli: "Peşəkar idmançı olduğum üçün rəqibin kimliyinə önəm vermirəm"

Eldəniz Əzizli: "Peşəkar idmançı olduğum üçün rəqibin kimliyinə önəm vermirəm"
15 Apr 2025 10:01

"Komanda şəklində növbəti dəfə Avropa çempionu olmaqla Azərbaycan idmanı üçün tarixi uğura imza atdıq".

Oxu.Az xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal qazanmış yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə açıqlamasında deyib.

"Peşəkar idmançı olduğum üçün rəqibin kimliyinə önəm vermirəm. Nəticəyə fokuslanmağa çalışıram. Əlavə psixoloji amillərin fikrimi yayındırmasına icazə vermirəm. Bəzən idmançılarımız üzərilərindəki psixoloji təzyiqə görə istədikləri nəticəni göstərə bilmirlər. Vətən müharibəsində qazandığımız qələbə hər şeyə dəyər. Rəqibdən asılı olmayaraq, düzgün taktika yerinə yetirməyə çalışıram".

Yığmanın kapitanı növbəti hədəflərindən danışıb: "Bizi qarşıda dünya çempionatı və İslam Həmrəyliyi Oyunları gözləyir. Ümid edirəm ki, bu yarışlarda yenidən xalqımızı sevindirəcəyik".

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi turnirdə 3 qızıl, 1 gümüş və 2 bürünc medalla Avropa çempionu olub.


12 Noy 2025
Siyasət

Ərdoğan: "Azərbaycanlı qardaşlarımız bizə lazım olan hər cür dəstəyi verirlər"

Türkiyə ilə yanaşı Azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı dərindən kədərləndirən bu faciəli hadisəni hərtərəfli araşdırırıq".

12 Noy 2025
Siyasət

Ərdoğan Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarənin istintaqı barədə danışıb

Dünən C130 hərbi yük təyyarəsi qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədinə yaxın Siqna-G bölgəsində qəzaya uğrayıb.

12 Noy 2025
Siyasət

Mikayıl Cabbarov Lü Cünlə görüşdü: Mühüm məsələlər müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov "China Datang Corporation Ltd." şirkətinin sədri Lü Cün ilə görüşüb.

12 Noy 2025
Siyasət

İlham Əliyev: "Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz məmurların göstərişləri olub"

"Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub".