"Ukraynada seçki müharibə başa çatdıqdan və hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək".
Oxu.Az "Strana.ua" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O vurğulayıb ki, hərbi münaqişə başa çatdıqdan sonra hərbi vəziyyət ləğv ediləcək və bundan sonra seçki Ukrayna qanunvericiliyinə uyğun olaraq keçiriləcək.
Gələcək sülh danışıqlarında ilk maddə qeyd-şərtsiz atəşkəs barədə razılaşma olmalıdır.
Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li həmkarı Donald Trampla telefon danışığı aparacaq.
Türkiyə 2025-cü ilin fevral ayında Qazaxıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 74,4 faiz artaraq 3 milyon 320 min 85 dollara çatdırıb.