Prezident: "Bəzən sülhə nail olmaq üçün gücdən istifadə etməlisiniz"

Prezident: "Bəzən sülhə nail olmaq üçün gücdən istifadə etməlisiniz"
13 Mar 2025 11:57

"Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı".

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz.

"Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir", - deyə Prezident əlavə edib.



20 Mar 2025
Siyasət

Kamaləddin Qafarov: “Novruz yeni gün deməkdir”

“Artıq ikinci ildir Azərbaycan xalqı sülhü tərənnüm edən Novruz bayramını ölkənin istisnasız bütün ərazisində, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində böyük coşqu ilə qarşılayır. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında isə artıq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.”

19 Mar 2025
Siyasət

İlham Əliyev Sahibə Qafarovaya "Şərəf" ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona "Şərəf" ordenini təqdim edib.

19 Mar 2025
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan praqmatik xarici siyasət prinsiplərinə sadiqdir”

“ Bakıda XII Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr, keçirilən panel iclasları üçün seçilmiş mövzular bu mötəbər tədbirin qlobal müzakirələrin yüksək səviyyədə keçirilməsi baxımından önəmli platforma olduğunu bir daha nümayiş etdirdi.

19 Mar 2025
Siyasət

Xətai rayonunda "Konstitusiya və Suverenlik ili" Novruz bayramına həsr olunmuş konsert təşkil olunub

Martın 18-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub.

19 Mar 2025
Siyasət

İlham Əliyevdən Sahibə Qafarova ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Sahibə Əli qızı Qafarovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.