Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Tacqoyma Gününüz münasibətilə sizə və sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin bugünkü səviyyəsi məmnunluq doğurur. Mədəniyyətlər və dinlər arasında ahəngdar münasibətlərin təşviqinə, humanizm ideallarının təntənəsinə yönəlmiş əməkdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir və daha da möhkəmlənir.
Müqəddəs Taxt-Tac ilə əməkdaşlığımızın inkişafına, səmimi dialoqumuzun genişlənməsinə sizin verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndirirəm. Nümunəvi dözümlülük mühitinin və multikulturalizm ənənələrinin hökm sürdüyü Azərbaycanın dünyada insanlar arasında qarşılıqlı anlaşmanın təşviqində oynadığı rolunu daim təqdir etməyinizə görə sizə minnətdaram.
Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr bundan sonra da sivilizasiyalararası və dinlərarası dialoqun genişlənməsinə, multikulturalizm dəyərlərinin qorunub saxlanmasına və möhkəmlənməsinə, dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edəcək.
Bu xoş gündə sizə möhkəm cansağlığı, uzun ömür, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm".
“Artıq ikinci ildir Azərbaycan xalqı sülhü tərənnüm edən Novruz bayramını ölkənin istisnasız bütün ərazisində, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində böyük coşqu ilə qarşılayır. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında isə artıq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona "Şərəf" ordenini təqdim edib.
“ Bakıda XII Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr, keçirilən panel iclasları üçün seçilmiş mövzular bu mötəbər tədbirin qlobal müzakirələrin yüksək səviyyədə keçirilməsi baxımından önəmli platforma olduğunu bir daha nümayiş etdirdi.
Martın 18-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub.