Şimali Makedoniya prezidentinin rəsmi qarşılanma mərasimi olub

Şimali Makedoniya prezidentinin rəsmi qarşılanma mərasimi olub
11 Mar 2025 12:14

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinə raport verib.

Şimali Makedoniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

 

 


12 Noy 2025
Siyasət

Ərdoğan: "Azərbaycanlı qardaşlarımız bizə lazım olan hər cür dəstəyi verirlər"

Türkiyə ilə yanaşı Azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı dərindən kədərləndirən bu faciəli hadisəni hərtərəfli araşdırırıq".

12 Noy 2025
Siyasət

Ərdoğan Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarənin istintaqı barədə danışıb

Dünən C130 hərbi yük təyyarəsi qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədinə yaxın Siqna-G bölgəsində qəzaya uğrayıb.

12 Noy 2025
Siyasət

Mikayıl Cabbarov Lü Cünlə görüşdü: Mühüm məsələlər müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov "China Datang Corporation Ltd." şirkətinin sədri Lü Cün ilə görüşüb.

12 Noy 2025
Siyasət

İlham Əliyev: "Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz məmurların göstərişləri olub"

"Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub".